Əcnəbi sürücünün idarə etdiyi yük avtomobili aşaraq yolun kənarında qalıb

Hadisə
  • 11 may, 2022
  • 11:29
Əcnəbi sürücünün idarə etdiyi yük avtomobili aşaraq yolun kənarında qalıb

Biləsuvar rayonunda qəzaya düşən yük avtomobili iki gündür aşmış vəziyyətdə yolun kənarında qalıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Belarus vətəndaşının idarəetdiyi "DAF" markalı yük avtomobili mayın 10-da hərəkətdə olan zaman qəzaya düşərək yolun kənarına aşıb.

İki gündür yüklə dolu avtomobili hadisə yerindən götürmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

44 filmi