Bakı. 29 sentyabr. REPORT.AZ/ Bakıda “E-manat” MMC-dən oğurluq olub. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.
Xətai Rayon Polis İdarəsinin (RPİ) Cinayət-Axtarış Şöbəsi (CAŞ) əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Bəhruz Hümbətova məxsus, Neapol küçəsində yerləşən mağazadakı “E-manat” MMC-yə məxsus ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini, 1996-cı il təvəllüdlü Elgün Məmmədov tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.