DYP reyd keçirib, 20-dən çox sürücü cərimələnib - FOTO

DYP reyd keçirib, 20-dən çox sürücü cərimələnib - FOTO Avtobus dayanacaqlarında avtomobillərini park edən sürücülər cərimələnib
Hadisə
196
23 Yanvar , 2016 17:51
DYP reyd keçirib, 20-dən çox sürücü cərimələnib - FOTO

Bakı. 23 yanvar. REPORT.AZ/ Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşları şəhərin küçə və prospektlərində, avtobus dayanacaqlarında avtomobillərini park edən sürücülərə qarşı reyd keçirib. 

Gəncə DYPŞ-dən "Report"a bildirilib ki, reyd zamanı qaydaları pozan 20-dən artıq sürücü haqqında inzibatı qaydada cərimə tədbirləri görülüb. Reydin keçirilməsində məqsəd ensiz yollarda tıxacın qarşısını almaqla yanaşı, ictimai nəqliyyat vasitələrinin sərbət şəkildə dayanacağa daxil olmasını təmin etməkdir. 

Qeyd edək ki, İnzibatı Xətalar Məcəlləsinin (İXM) müvafiq maddəsinə əsasən, bu kimi hallarla bağlı yol hərəkəti qaydalarını pozan sürücülərə 40 manat cərimə tətbiq olunur.

Son xəbərlər

Orphus sistemi