DYP: Rayon və şəhərdən kənar tibb müəssisəsinə tibbi arayışla getmək olar

DYP: Rayon və şəhərdən kənar tibb müəssisəsinə tibbi arayışla getmək olar “Rayon və şəhərdən kənar tibb müəssisəsinə getmək zərurəti yaranarsa, o halda müvafiq arayış əsasında həmin şəxslər gedə bilərlər”.
Hadisə
20 İyun , 2020 12:01
DYP: Rayon və şəhərdən kənar tibb müəssisəsinə tibbi arayışla getmək olar

“Rayon və şəhərdən kənar tibb müəssisəsinə getmək zərurəti yaranarsa, o halda müvafiq arayış əsasında həmin şəxslər gedə bilərlər”.

"Report" xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Kamran Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Lakin geri qayıdanda onları qəbul etmiş həkimin arayışı olmalıdır. Həmin şəxslər həkimin arayışı ilə qayıda bilərlər. Çünki orada hansı müddətə ləngimələr olduğu qeyd ediləcək. Geri qayıdanda da həmin arayışı karantin postunda göstərməlidirlər”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi