DYP qeyri-qanuni daşımalara qarşı tədbirlərə başlayıb

DYP qeyri-qanuni daşımalara qarşı tədbirlərə başlayıb Avtomobil nəqliyyatı ilə daşımalarda təhlükəsizliyin təmin olunması, iş və istirahət rejiminə əməl edilməsi, xüsusilə qeyri-qanuni fəaliyyət göstərən avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Dövlət Yol Polisi (D
Hadisə
13 Oktyabr , 2021 14:47
DYP qeyri-qanuni daşımalara qarşı tədbirlərə başlayıb
0 : 00
0 : 00

Avtomobil nəqliyyatı ilə daşımalarda təhlükəsizliyin təmin olunması, iş və istirahət rejiminə əməl edilməsi, xüsusilə qeyri-qanuni fəaliyyət göstərən avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Dövlət Yol Polisi (DYP) və Dövlət Avtomobil Nəqliyyatı Xidməti birgə tədbirlərə başlayıb.

Bu barədə "Report"a DYP-dən məlumat verilib.

Bildirilib ki, qeyri-qanuni daşımaların qarşısını almaq üçün həm paytaxtda, həm də respublikanın bütün regionlarında sərt tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Müəyyən edilən qaydaları pozan şəxslərin barəsində qanunvericiliyə uyğun olaraq, inzibati cəza tədbirləri görüləcək.

Son xəbərlər

Orphus sistemi