DYP avtomobil sahiblərinə və sürücülərə müraciət etdi

DYP avtomobil sahiblərinə və sürücülərə müraciət etdi Nasaz vəziyyətdə olan nəqliyyat vasitələrinin istismarı ilə bağlı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) avtomobil sahiblərinə və sürücülərə müraciət edib.
Hadisə
2 Fevral , 2021 17:52
DYP avtomobil sahiblərinə və sürücülərə müraciət etdi

Nasaz vəziyyətdə olan nəqliyyat vasitələrinin istismarı ilə bağlı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) avtomobil sahiblərinə və sürücülərə müraciət edib.

BDYPİ-dən "Report"a daxil olan müraciətdə deyilir:

"Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə respublikada tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılması nəticəsində bəzi xidmət sahələrinin və ibtidai təhsil müəssisələrinin fəaliyyətə başlaması ilə əlaqədar paytaxt küçələrində nəqliyyat sıxlığının yaranması müşahidə olunur.

Aparılan təhlillər zamanı müəyyən edilib ki, ayrı-ayrı yerlərdə nəqliyyat sıxlıqlarının yaranmasına səbəb təkcə avtomobil sayının artması deyil, intensiv hərəkət zamanı müxtəlif texniki nasazlıqlara görə yolun hərəkət hissəsində mühərriki sönüb qalmış avtomobillərdir.

Belə halların baş verməməsi və nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunması məqsədilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha nəqliyyat vasitələrinin texniki sazlığına cavabdeh şəxsləri istifadələrində olan nəqliyyat vasitələrinə vaxtlı-vaxtında texniki qulluq göstərməyə çağırır və nasaz avtomobillərlə yola çıxaraq digər hərəkət iştirakçılarının sərbəst hərəkətinə maneə törədən sürücülər haqqında qanunvericiliyin tələblərinə uyğun qaydada ciddi cəza tədbilərinin görüləcəyi barədə xəbərdarlıq edir".

Son xəbərlər

Orphus sistemi