Keçən il avtobus qəzalarında 24 nəfər ölüb, 37 nəfər yaralanıb

Keçən il avtobus qəzalarında 24 nəfər ölüb, 37 nəfər yaralanıb Baş DYP İdarəsinin sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciətedib.
Hadisə
21 Fevral , 2024 10:35
Keçən il avtobus qəzalarında 24 nəfər ölüb, 37 nəfər yaralanıb

Ötən il ərzində avtobus və mikroavtobus sürücülərinin təqsiri ucbatından 42 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 24 nəfər həyatını itirib, 37 nəfər isə yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, maddi zərərlə nəticələnən 2 560 yol-nəqliyyat hadisəsində sözügedən sahədə çalışan sürücülərin bilavasitə iştirakı da bu sahədə vəziyyətin qənaətbəxş olmadığından xəbər verir.

"Təhlillər göstərir ki, ölkədə avtobus və mikroavtobusların iştirakı ilə qeydə alınan yol qəzalarının ağırlıq dərəcəsinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərən başlıca amil qəzada iştirak edən ictimai nəqliyyat vasitələrinin köhnəlmiş, texniki-təhlükəsizlik baxımından yararsız olmasıdır. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də, dövlət qeydiyyat nişanlarını müxtəlif üsullarla gizlədərək inzibati məsuliyyətdən yayınmağa çalışan, nasaz vəziyyətdə olan avtobus və mikroavtobuslarla sərnişin daşıyan, alkoqoldan, narkotik vasitələrdən istifadə edərək sərnişinlə dolu avtobus idarə edən sürücülərə rast gəlinir ki, bu da sonda böyük faciələrin yaşanmasına gətirib çıxarır. Bir daha texniki standartlara cavab verməyən, insanların həyat və sağlamlığı üçün təhlükə yaradan avtomobillərlə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin nəzərinə çatdırırıq ki, bu kimi hallar aşkarlandığı təqdirdə həmin şəxslər barəsində ciddi tənbeh tədbirləri görüləcək", - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi