Bakı. 18 fevral. REPORT.AZ/ Dövlət Yol Polisi Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.
"
BDYPİ bununla əlaqədar sürücülərin nəzərinə çatdırır ki, yollarda yarana biləcək qəzalar və digər xoşagəlməz halların qarşısının alınması üçün sürücülər avtomobil idarə edərkən diqqətli olmalı, bəzi yolların buz bağlama ehtimalını nəzərə alaraq, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməlidirlər. Eyni zamanda zərurət olmadan sürücülərin ötmə əməliyyatı aparmamaları və qəfil manevrlər, eləcə də kəskin tormozlama etməmələri tövsiyə olunur”, - Dövlət Yol Polisindən bildirilib.
Qeyd olunub ki, qarlı-buzlu yollarda sürücülük təcrübəsi az olan sürücülərin avtomobil idarə etmələri onların özləri, eləcə də digər hərəkət iştirakçıları üçün təhlükə yaratma ehtimalı yüksəkdir: "Bunu nəzərə alaraq, qeyd olunan hava şəraitində onların sükan arxasına əyləşməmələri xahiş olunur".