Yuxarı
    Bağlamaq

    Vaqif Əsədov: "Mənim dava edən vaxtım deyil" - FOTO

    Polis polkovniki baykerlə mübahisə etdiyi iddia olunan fotoya münasibət bildirib

    Bakı. 30 mart. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov sosial şəbəkələrdə yayılan və baykerlə mübahisə etdiyi iddia olunan fotoya münasibət bildirib. 

    Bölmə rəisi "Report"a bildirib ki, mübahisə etməsi ilə bağlı yayılan söhbətlər yalandır: "Ola bilər ki, dostlarımız ya zarafat üçün, ya da şou yaratmaq məqsədilə bu fotonu paylaşıblar. Mənim mübahisə etməyə nə vaxtım var, nə də vəzifəm buna imkan verir. Məgər, mənim qanun çərçivəsində işimi görmək bacarığım yoxdur ki, kiminləsə mübahisə edim?! İndi mənim dava edən yaşım deyil. Mən orada motosikl idarə edənlərlə görüşmüşəm. Görüşümüz çox maraqlı olub. Onlara təlimat verdim və motosikl idarə etməyin qaydaları barədə qarşılıqlı söhbətlər etdik". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi