DYP Biləcəri bələdiyyəsini cərimələdi

DYP Biləcəri bələdiyyəsini cərimələdi Dövlət Yol Polisi (DYP) Binəqədi rayon Biləcəri bələdiyyəsi barəsində inzibati qaydada protokol tərtib edib.
Hadisə
3664
12 Yanvar , 2021 13:23
DYP Biləcəri bələdiyyəsini cərimələdi

Dövlət Yol Polisi (DYP) Binəqədi rayon Biləcəri bələdiyyəsi barəsində inzibati qaydada protokol tərtib edib.

“Report”un əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsi bələdiyyəni İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilib.

Qərara əsasən, Binəqədi rayon Biləcəri bələdiyyəsi 300 manat məbləğində cərimə edilib.

Bələdiyyə qərardan apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi