Yuxarı

​Azərbaycanlı dustaq qaşıqla öz kamera yoldaşını qətlə yetirib

Prokurorluq 36 yaşlı azərbaycanlıya qarşı qaldırılan ittiham aktını təsdiq edib

Bakı. 17 yanvar. REPORT.AZ/ Rusiyanın Novomoskovsk şəhər prokurorluğu qətldə ittiham olunan 36 yaşlı azərbaycanlıya qarşı qaldırılan ittiham aktını təsdiq edib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, şübhəli və qətlə yetirilən şəxslərin hər ikisi məhbus olub və onların arasında münaqişə şəhərin 6 saylı islah-əmək müəssisəsində baş verib.

Azərbaycanlı dəmir barmaqlıqlar arxasına bu yaxınlarda - 2014-cü ilin mart ayının sonlarında düşüb. Yeni cinayəti isə, o, həbsə düşdükdən 5 ay sonra, avqust ayında törədib.

"İki dustaq arasında mübahisə düşüb və azərbaycanlı mətbəx qaşığının itilənmiş sonluğu ilə rəqibinin sol əl və döş qəfəsi nahiyələrinə bir neçə zərbə endirib. Sonuncu zərbə rəqibin ürəyinə tuş gəlib və onun ölümü ilə nəticələnib", - deyə prokurorluğun məlumatında bildirilir.

Hazırda həmyerlimizə qarşı qaldırılan cinayət işi mahiyyəti üzrə baxılması üçün yerli məhkəmə orqanlarına göndərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi