Dünən yol qəzalarında 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb

Hadisə
  • 11 yanvar, 2018
  • 05:23
Dünən yol qəzalarında 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) bu il yanvar ayının 10-dan 11-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən “Report”a daxil olan məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 129 cinayət faktı qeydə alınıb, onların da 28-i “isti izlər”lə açılıb.

Axtarışda olduğuna görə 15 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti