DTX və DMX Nepal vətəndaşlarını saxlayıb

DTX və DMX Nepal vətəndaşlarını saxlayıb Bakı. 2 aprel. REPORT.AZ/ Dövlət Miqrasiya Xidməti (DMX) qanunsuz miqrasiyaya qarşı mü­ba­ri­zə tədbirlərini da­vam etdirir.
Hadisə
2 Aprel , 2018 16:34
DTX və DMX Nepal vətəndaşlarını saxlayıb

Bakı. 2 aprel. REPORT.AZ/ Dövlət Miqrasiya Xidməti (DMX) qanunsuz miqrasiyaya qarşı mü­ba­ri­zə tədbirlərini da­vam etdirir.

Bu barədə "Report"a DMX-dən məlumat verilib.

Məlumata görə, Xidmət tərəfindən 1 nəfər Mərakeş və 1 nəfər Kamerun vətəndaşı saxlanılıb. Eyni zamanda Dövlət Təhlü­kə­sizlik Xidməti (DTX) ilə birgə qa­nun­suz miqrasiyaya qarşı keçirilmiş təd­birlər­ za­ma­nı daha 8 nə­fər Nepal vətəndaşı sax­­­la­nıl­ıb.

Araşdırma zamanı Mərakeş və Nepal vətəndaşlarının Azərbaycan əra­zi­sin­də olma və yaşama qay­da­larını poz­duqları məlum ol­ub. Nepal vətən­daş­la­rı­na öz həmvətənləri Parajuli Sitaram tərəfindən Azər­­­bay­canda yük­sək ay­lıq əmək haqqı olan iş vəd edil­ib aldadılaraq Azərbaycana gətirilib və sonradan qanunsuz miq­­ranta çevriliblər. Parajuli Sitaram əvvəllər törətdiyi qanunsuz əməllərə görə Dövlət Miqrasiya Xid­məti tərəfindən ölkə hüdudlarından kənara inzibati qay­da­da çıxarılıb.

Bundan əlavə, ölkə ərazisində qanunsuz yaşadığı üçün saxlanılmış Ka­me­­run vətəndaşı Lourile Teneng Meshi Christellenin əvvəllər Azərbay­canda tələbə olduğu müəyyən edilib. Belə ki, L.T.Meshi Chris­­tel­­leyə əyani təhsil əsasında müvəqqəti ya­şama icazəsi verilib, sonradan hə­­min icazənin ləğv edilməsinə baxmayaraq, o, ölkə ərazisini tərk et­məkdən boyun qaçırıb.

Qeyd olunan əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kə­na­ra çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi