DTX dövlət sirri təşkil edən məlumatların yayılması ilə bağlı araşdırmalara başlayıb

DTX dövlət sirri təşkil edən məlumatların yayılması ilə bağlı araşdırmalara başlayıb Dövlət Təhlükəsizliyi Xidməti bəyan edir ki, belə məlumatların yayılması qanunla müəyyən edilmiş qaydada cinayət məsuliyyəti yaradır
Hadisə
15 May , 2017 11:58
DTX dövlət sirri təşkil edən məlumatların yayılması ilə bağlı araşdırmalara başlayıb

Bakı. 15 may. REPORT.AZ/ Son günlər bəzi internet informasiya saytlarında keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) ilə məxfi əməkdaşlıq etdikləri bildirilən bir sıra şəxslər və ya onların məxfi təxəllüsləri haqqında məlumatlar yayılıb. Fakt üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) araşdırma başlanılaraq, həmin məlumatlarda qeyd edilən halların düzgünlüyü, dövlət sirri təşkil edən məlumatların yayılması və açıqlanma mənbəyi ilə bağlı məsələlər cinayət işi üzrə araşdırılır.

Bu barədə “Report”a DTX-nin İctimai əlaqələr şöbəsindən bildirilib.

Dövlət Təhlükəsizliyi Xidməti bəyan edir ki, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən və əməkdaşlıq etmiş şəxslər haqqında məlumatlar dövlət sirrini təşkil edir və belə məlumatların yayılması qanunla müəyyən edilmiş qaydada cinayət məsuliyyəti yaradır.

Son xəbərlər

Orphus sistemi