DTX Ağdamda gənc nəslin maarifləndirilməsi üçün konfrans keçirib - FOTO - VİDEO

DTX Ağdamda gənc nəslin maarifləndirilməsi üçün konfrans keçirib - FOTO - VİDEO Ağdam rayonunun Quzanlı qəsəbəsində Xarici xüsusi xidmət orqanlarının ölkəmizə qarşı pozuculuq fəaliyyəti və Terrorla mübarizədə gənc nəslin maarifləndirilməsi mövzularında konfrans keçirilib.
Hadisə
26 Noyabr , 2019 12:29
DTX Ağdamda gənc nəslin maarifləndirilməsi üçün konfrans keçirib - FOTO - VİDEO

Ağdam rayonunun Quzanlı qəsəbəsində "Xarici xüsusi xidmət orqanlarının ölkəmizə qarşı pozuculuq fəaliyyəti" və "Terrorla mübarizədə gənc nəslin maarifləndirilməsi" mövzularında konfrans keçirilib.

"Report" un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, Heydər Əliyev mərkəzində Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) təşkilatçılığı ilə keçirilən konfransda terrorçulara bağlı dünyada baş verən tendensiyalar terrorçuların istifadə etdiyi üsullar və vasitələr haqqında ətraflı məlumat verilib. Çıxışlarda cəbhə bölgəsində yaşayan sakinlərin informasiya təhlükəsizliyinə daha ciddi əməl etmələri üçün maarifləndirmə işlərinin əhəmiyyəti vurğulanıb. İcra strukturlarının, hüquq mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə telefon danışıqlarında və sosial şəbəkələrdə istifadə zamanı diqqətli olmaq tanımadığı şəxslərə ünsiyyət zamanı hərbi xarakterli məlumatların müzakirə edilməsinin yolverilməzliyi tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi