İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb, 4 nəfər saxlanılıb

İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb, 4 nəfər saxlanılıb İyul ayının 16-da saat 02:40-da Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 17 kiloqram narkotik vasitə marixuananı qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirən Qazax rayon sakini
Hadisə
18 İyul , 2024 12:23
İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb, 4 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyi (DİN) narkotik qaçaqmalçılığına qarşı birgə əməliyyat keçirib.

DSX-dən "Report"a verilən xəbərə görə, Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 17 kiloqram narkotik vasitə marixuananı qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirən Qazax rayon sakini - 1984-cü il təvəllüdlü Rəsulov Kamil Səttar oğlu Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı nəticəsində saxlanılıb.

Qeyd edilib ki, narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar qrupun digər üzvlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayon sakinləri 1982-ci il təvəllüdlü İsgəndərov Elçin Əliağa oğlu, 1985-ci il təvəllüdlü İsgəndərov Gülağa Əliağa oğlu və 1989-cu il təvəllüdlü Sariyev Taleh Babakərim oğlu Bakı şəhəri ərazisində saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi