DSX əməkdaşları Xəzərdə batan iki balıqçını xilas edib

DSX əməkdaşları Xəzərdə batan iki balıqçını xilas edib Onlara məxsus zədələnmiş qayıq sahilə çıxarılıb
Hadisə
30 İyun , 2017 12:33
DSX əməkdaşları Xəzərdə batan iki balıqçını xilas edib

Bakı. 30 iyun. REPORT.AZ/ Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları Xəzərdə batan iki nəfər balıqçını xilas edib.

Bu barədə “Report”a DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib.

Belə ki, iyunun 29-da, saat 13:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin növbətçi gəmisi tərəfindən Hövsan reydində rəsmiləşdirilərək dənizə çıxmış, içərisində 2 nəfərin olduğu qayığın zədə nəticəsində batması barədə məlumat əldə edilib. Görülmüş tədbirlər nəticəsində həyatları təhlükə altında olan balıqçılar - Bakı şəhər Xəzər rayonu Türkan qəsəbə sakinləri 1977-ci il təvəllüdlü Quliyev Seyfulla Əmrulla oğlu və 1974-ci il təvəllüdlü Quliyev Xeyrulla Əmrulla oğlu xilas olunublar.

Xilas edilmiş balıqçılara ilkin tibbi yardım göstərilib, onlara məxsus zədələnmiş qayıq sahilə çıxarılıb.

Son xəbərlər

Orphus sistemi