DSMF tanınmış şirkəti məhkəməyə verib

DSMF tanınmış şirkəti məhkəməyə verib İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır
Hadisə
19 Sentyabr , 2015 09:28
DSMF tanınmış şirkəti məhkəməyə verib

Bakı. 19 sentyabr. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İri sığortaedənlərlə iş üzrə Departamenti "3A" Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.

"Report"un məlumatına görə, departament borcun tutulmasına dair tələb irəli sürüb.

İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun İri sığortaedənlərlə iş üzrə Departamenti 2003-cü ildə məcburi dövlət sosial sığorta haqlarının toplanması işini yaxşılaşdırmaq və Fondun idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə yaradılıb.

"3A" şirkəti isə 2003-cü ildən Qafqaz regionunda isti üsulla qalvanizasya, sənaye, təhlükəsizlik, yol nişanlarının istehsalı və quraşdırılması və yollarda təhlükəsizlik tədbirlərinin təşkili istiqamətində fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi