DSMF-nin vəzifəli əməkdaşı barəsində cinayət işi başlanıb

DSMF-nin vəzifəli əməkdaşı barəsində cinayət işi başlanıb Bakı. 23 yanvar. REPORT.AZ/ Qusarda vəzifəli şəxs barəsində cinayət işi başlanıb.
Hadisə
23 Yanvar , 2019 12:00
DSMF-nin vəzifəli əməkdaşı barəsində cinayət işi başlanıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Qusarda vəzifəli şəxs barəsində cinayət işi başlanıb.

"Report"un məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qusar rayon şöbəsinin sektor müdiri Pənahov Bəyəli Minhac oğlu Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur.

Onun barəsində aparılan ibtidai istintaq başa çatıb. Barəsində toplanan cinayət işinin materialları baxılması üçün Qusar rayon Məhkəməsinə göndərilib.

Həmin cinayət işində Bəyəli Pənahovla birlikdə Yaşar Bədəlov da təqsirləndirilən şəxs qismində cəlb olunub.

Cinayət işi hakim Rafiq Kazımovun icraatına verilib.

Məhkəminin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.

Son xəbərlər

Orphus sistemi