Yuxarı
    Bağlamaq

    ​DSMF-nin Novella Cəfəroğluna qarşı apellyasiya şikayətinə baxılıb

    Birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb

    Bakı. 20 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Yasamal rayon şöbəsinin Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğluna qarşı verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

    “Report”un məlumatına görə, hakim Valeh Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb. DSMF-nin Yasamal rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməyib.

    Qeyd edək ki, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi N.Cəfəroğlu DSMF-nin Yasamal rayon şöbəsini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən N.Cəfəroğlu əmək pensiyasının məbləğinin yenidən hesablanması barədə tələb irəli sürüb. Məhkəmə hüquq müdafiəçisinin iddiasını təmin edib. Qərardan narazı qalan DSMF-nin Yasamal rayon şöbəsi apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.   

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi