Yuxarı

Dövlət Yol Polisi bölmələrindən birinə yeni rəis təyinatı olub

Dövlət Yol Polisi bölmələrindən birinə yeni rəis təyinatı olub
Polis kapitanı Müşfiq Əliyev Tərtər Rayon Dövlət Yol Polisi Bölməsinə rəis təyin edilib

Bakı. 20 fevral. REPORT.AZ/ Rayon Dövlət Yol Polisi bölmələrindən birinə yeni rəis təyinatı olub.

“Report”un xəbərinə görə, polis kapitanı Müşfiq Əliyev Tərtər Rayon Dövlət Yol Polisi Bölməsinə rəis təyin edilib.

M.Əliyev bu təyinata qədər Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin qəzalar üzrə baş inspektoru vəzifəsində çalışıb. O, 2015-ci ildə mətbuatın gündəmini zəbt edən avtomobil qəzasını araşdıran inspektor olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi