Dövlət qurumunun avtomobili gənc qızı vurdu, yaralı 6 gün sonra öldü

Dövlət qurumunun avtomobili gənc qızı vurdu, yaralı 6 gün sonra öldü Faktla bağlı araşdırma aparılır
Hadisə
204
12 Aprel , 2021 19:50
Dövlət qurumunun avtomobili gənc qızı vurdu, yaralı 6 gün sonra öldü
0 : 00
0 : 00

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un xəbərinə görə, bir həftə əvvəl Xətai rayonunda 65 yaşlı Əmirbala Zeynalovun idarə etdiyi “Ural” markalı avtomobil yolu keçən 29 yaşlı Əliyeva Leyla Aqil qızını vurub.

Xəstəxanaya yerləşdirilən yaralı 6 gün sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ə.Zeynalovun idarə etdiyi avtomobil “Azəristiliktəchizat” ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi