Bakı
"Report"un məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib.
Cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, R.Məmmədov tanışı Vaqif Rəhimovla birgə 2006-cı ildə "Karvan L" şirkətinin ofisindən, ümumilikdə, 190 min 496 manat, 2008-ci ildə "Moqobs" MMC-nin ofisindən 158 min 594manat, 2010-cu ildə "Saqa" gəmi təmiri şirkətinin ofisindən 40 min 800 manat, 2011-ci ildə "Təmizləmə avadanlıqlarının satışı mağazası"ndan 510 min manat məbləğində pul oğurlayıb.
2014-cu ildə həbs edilən R.Məmmədov oğurluqda təqsirli bilinib və Bakı Ağır Cinayətlərinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum olunub. 2016-cı ildə isə o, Xətai Rayon Məhkəməsinin qərarı ilə 5 ay 17 gün çəkilməmiş cəzadan vaxtından əvvəl şərti azadlığa buraxılıb.
R.Məmmədov məhkumluğu götürülmədən və ödənilmədən yenidən cinayətə əl atıb.
Belə ki, o, 2016-cı ildə Rasim Əliyevə məxsus Bakı şəhəri ərazisində yerləşən ofisdən 7 min manat pul oğurlayıb. 2017-ci ildə isə R.Məmmədov Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsində iş otağına qanunsuz daxil olub. O, həmin otaqda şöbənin müdri Anar Kazımova məxsus olmaqla içərisində möhür və blanklar olan 1050 manat dəyərində "FDX-30" markalı seyfi talayaraq aparıb.
Bakı