Dövlət Komissiyasının İşçi Qrupu ilə Penitensiar xidmət birgə Tədbirlər Planı imzalayıb

Dövlət Komissiyasının İşçi Qrupu ilə Penitensiar xidmət birgə Tədbirlər Planı imzalayıb Bakı. 23 yanvar. REPORT.AZ/ Cəzaçəkmə müəssisələrində anti-narkotik təbliğat işinin gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında 2018-ci il üçün birgə “Tədbirlər Planı” imzalanıb.
Hadisə
23 Yanvar , 2018 15:27
Dövlət Komissiyasının İşçi Qrupu ilə Penitensiar xidmət birgə Tədbirlər Planı imzalayıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Cəzaçəkmə müəssisələrində anti-narkotik təbliğat işinin gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında 2018-ci il üçün birgə “Tədbirlər Planı” imzalanıb.

Bu barədə “Report”a Dövlət Komissiyasından məlumat verilib. 

Tədbirlər Planında keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib.

Cari il ərzində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, QİÇS və digər viruslara yoluxma barədə tibbi-gigiyena, məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün onlara izahların verilməsi mövzusunda, eləcə də mövzuya dair videofilmlərin nümayişi və zəruri təbliğat materiallarının paylanılması ilə əlaqədar bir sıra tədbirlər keçiriləcək.

Son xəbərlər

Orphus sistemi