Dövlət Komissiyası ilə Penitensiar Xidmət birgə Tədbirlər Planı imzalayıb

Dövlət Komissiyası ilə Penitensiar Xidmət birgə Tədbirlər Planı imzalayıb Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında 2019-cu ilə dair birgə “Tədbirlər Planı” imzalanıb.
Hadisə
21 İyun , 2019 16:26
Dövlət Komissiyası ilə Penitensiar Xidmət birgə Tədbirlər Planı imzalayıb

Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında 2019-cu ilə dair birgə “Tədbirlər Planı” imzalanıb.

Dövlət Komissiyasından "Report"a verilən məlumata görə, cəzaçəkmə müəssisələrində anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədilə imzalanan Tədbirlər Planında keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib.

Cari il ərzində, ümumilikdə, 20 cəzaçəkmə müəssisəsində peşəkarlığın artırılması məqsədilə müəssisələrin əməkdaşları üçün təlimlərin keçirilməsi, cəza çəkən şəxslər arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, QİÇS və digər viruslara yoluxma barədə tibbi-gigiyena, təbliğat və maarifləndirmə işlərinin aparılması, məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün onlara izahların verilməsi, o cümlədən mövzuya dair videofilmlərin nümayişi və zəruri təbliğat materiallarının paylanılması ilə əlaqədar bir sıra tədbirlər keçiriləcək.

Son xəbərlər

Orphus sistemi