Yuxarı

Dövlət ittihamçısı oğurluq və soyğunçuluqda təqsirləndirilən gəncə iş istəyib

Məhkəmənin növbəti iclası avqustun 4-nə təyin edilib

Bakı. 3 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və soyğunçuluqda təqsirləndirilən 1999-cu il təvəllüdlü, Suraxanı rayon Hövsan qəsəbə sakini Fuad Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında F.Hüseynovun 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası avqustun 4-nə təyin edilib.

Qeyd edək ki, F.Hüseynov Suraxanı rayon ərazisində yerləşən restorandan soyğunçuluq hadisəsi törədib. Polis tərəfindən saxlanılan 17 yaşlı gəncin oğurluq hadisəsi törətdiyi də ortaya çıxıb.

F.Hüseynov Cinayət Məcəlləsinin 177-ci (oğurluq), 180-ci (soyğunçuluq) maddələri ilə ittiham olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi