Dövlət ittihamçısı narkotik vasitələr satmaqda təqsirləndirilən şəxsə iş istəyib

Dövlət ittihamçısı narkotik vasitələr satmaqda təqsirləndirilən şəxsə iş istəyib Dövlət ittihamçısı narkotik satmaqda təqsirləndirilən şəxsə iş istəyib
Hadisə
3 Noyabr , 2015 15:23
Dövlət ittihamçısı narkotik vasitələr satmaqda təqsirləndirilən şəxsə iş istəyib

Bakı. 3 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satmaqda təqsirləndirilən Nazim Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report" xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror N.Ağayevin 9 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Təqsirləndirilən şəxsin müdafiəçisi məhkəmədə çıxış edərək əvvəllər narkotik aludəçisi olan N.Ağayevin hazırda müalicə olunduğunu deyərək bunun nəzərə alınmasını xahiş edib.

Məhkəmənin növbəti iclası noyabrın 10-da keçiriləcək.

Qeyd edək ki, bu il N.Ağayevin Bakı şəhərində yaşadığı evindən narkotik maddə götürülüb. O, Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi