Dövlət ittihamçısı: "İstintaq prosesində Vaqif Xaçatryana qarşı hər hansı təzyiq olmayıb"

Dövlət ittihamçısı: "İstintaq prosesində Vaqif Xaçatryana qarşı hər hansı təzyiq olmayıb" "İstintaq prosesində Vaqif Xaçatryana qarşı hər hansı təzyiq olmayıb"
Hadisə
7 Noyabr , 2023 10:35
Dövlət ittihamçısı: İstintaq prosesində Vaqif Xaçatryana qarşı hər hansı təzyiq olmayıb

"İstintaq prosesində Vaqif Xaçatryana qarşı hər hansı təzyiq olmayıb".

“Report”un xəbərinə görə, bunu dövlət ittihamçısı - Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmədə deyib.

Onun sözlərinə görə, Vaqif Xaçatryanın cinayət işi o qədər də sadə bir məsələ deyil: "Bütün məhkəmə proseslərində Azərbaycan tərəfi kifayət qədər öz humanistliyini göstərib. Biz Vaqif Xaçatryanın saxlandığı andan etibarən istintaq prosesini diqqətlə izləmişik. Vaqif Xaçatryan Penitensiar Xidmətin əməkdaşlarının alicənab davranışı ilə üzləşib. İstintaq prosesində ona qarşı hər hansı təzyiq olmayıb. Bu, Azərbaycanın humanistliyidir. Ermənistanda vaxtilə həbs edilən soydaşlarımız kifayət qədər işgəncə və təzyiqlərlə üzləşiblər. Amma biz Vaqif Xaçatryana o münasibəti göstərmədik".

M.Sultanov vurğulayıb ki, Vaqif Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistandan gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqibetmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 milyon 568 min 60 manat, dövlətə isə 130 min 800 manat məbləğində maddi ziyan vurulub.

O bildirib ki, Vaqif Xaçatryana dair fotoşəkillərdə eyni şəxs əks olunub.

Son xəbərlər

Orphus sistemi