​Dövlət Gömrük Komitəsinin əməkdaşı qəzaya düşüb

​Dövlət Gömrük Komitəsinin əməkdaşı qəzaya düşüb Onun maşını İran vətəndaşının sürdüyü avtomobillə toqquşub
Hadisə
13 Fevral , 2016 11:46
​Dövlət Gömrük Komitəsinin əməkdaşı qəzaya düşüb

Bakı. 13 fevral. REPORT.AZ/ Bakıda xarici ölkə vətəndaşının sürdüyü avtomobillə dövlət qurumu əməkdaşının idarə etdiyi maşın toqquşub.

“Report”un xəbərinə görə, hadisə Səbail rayonu, Salyan yolu 14-ün qarşısında baş verib.

Belə ki, İran vətəndaşı Ruhi Tahir oğlunun idarə etdiyi “Volvo” markalı yük avtomobili ilə Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Nəcməddin Allahverdiyevin idarə etdiyi Dövlət Gömrük Komitəsinə (DGK) məxsus “Wolksvagen” markalı 90 AC 506 nömrəli avtomobil toqquşub. Qəza nəticəsində DGK-ya məxsus avtomobilə ciddi ziyan dəyib. Ağır xəsarət alan olmayıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi