Yuxarı

​Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri ilə birlikdə tutulan şəxsin həbs müddəti uzadılıb

Onun barəsində həbs qətimkan tədbirinin müddəti 3 ay artırılıb

Bakı. 7 mart. REPORT.AZ/ Bu gün Səbail Rayon Məhkəməsində İsfəndiyar İsfəndiyarov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın verdiyi təqdimata baxılıb.

Bu barədə "Report"a onun vəkili İradə Cavadova məlumat verib.

Vəkilin sözlərinə görə, İ.İsfəndiyarov barəsində həbs qətimkan tədbirinin müddəti 3 ay artırılıb.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi Rəşad Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov ötən ilin may ayında həbs edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Səbail Rayon Məhkəməsində A.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirib və o, ev dustaqlığına buraxılıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il ittiham olunurlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi