Yuxarı
    Bağlamaq

    ​Bakıda dostu ilə birgə nənəsinin mənzilindən soyğunçuluq edən şəxslərin məhkəməsi keçirilib

    Məhkəmənin növbəti prosesi dekabrın 29-na təyin edilib

    Bakı. 17 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Sabir Rəcəbzadə və Nurlan Telmanlının cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

    "Report"un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən hər iki şəxs, zərərçəkən Bikə Rəcəbova və şahidlər Natavan Eyvazovla Ülkər Rəcəbova ifadə veriblər.

    S.Rəcəbzadə ifadəsində özünü təqsirli hesab etmədiyini bildirib. N.Telmanlı isə özünü qismən təqsirli hesab etdiyini deyib.

    Məhkəmənin növbəti prosesi dekabrın 29-na təyin edilib.

    Qeyd edək ki, hadisə bu il Bakının Yasamal rayonu ərazisində baş verib. S.Rəcəbzadə dostu N.Telmanlı ilə birgə nənəsi Bikə Rəcəbovanın mənzilindən 1 152 manat dəyərində pulu soyğunçuluq yolu ilə əldə edib. Daha sonra hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Hər iki şəxs Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə ittiham olunurlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi