DOST Agentliyinin rəsmi internet saytı təqdim edildi - VİDEO

DOST Agentliyinin rəsmi internet saytı təqdim edildi - VİDEO DOST Agentliyinin rəsmi “dost.gov.az” İnternet saytı ictimaiyyətə təqdim edilib.
Hadisə
21 May , 2020 16:13
DOST Agentliyinin rəsmi internet saytı təqdim edildi - VİDEO

DOST Agentliyinin rəsmi “dost.gov.az” İnternet saytı ictimaiyyətə təqdim edilib.

DOST Agentliyindən "Report"a verilən məlumata görə, təqdimat mərasimi DOST Agentliyinin rəsmi "Facebook" hesabı ilə canlı yayımlanıb.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov əvvəlcə Agentliyin indiyədək gördüyü işlərdən, eləcə də gələcək planlardan danışıb, sayt barəsində məlumat verib.

Qeyd edək ki, saytdakı 11 əsas bölmə daxilində qanunvericilik, struktur, xidmət pasportları, xidmətlər barəsində PDF formatında informativ kitabçalar, statistika, xəbərlər, qalereya, 1 000-dən çox ən populyar sualların cavabı, axtarış bölməsi, faydalı linklər, sosial şəbəkələrə keçidlər və digər alt bölmələr işlənib hazırlanıb.

Saytın yaradılması DOST Agentliyinin vətəndaşlara daha keyfiyyətli xidmət göstərməsinə, onların doğru informasiya ilə operativ formada təmin edilməsinə xidmət edəcək.

Son xəbərlər

Orphus sistemi