Ələt-Astara magistralında 4 nəfərin ölümünə səbəb olan sürücünün cəzası azaldılıb

Ələt-Astara magistralında 4 nəfərin ölümünə səbəb olan sürücünün cəzası azaldılıb Bakı. 21 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində 4 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası törətməkdə təqsirləndirilən Elturan Fərəcovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
21 Dekabr , 2018 14:52
Ələt-Astara magistralında 4 nəfərin ölümünə səbəb olan sürücünün cəzası azaldılıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində 4 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası törətməkdə təqsirləndirilən Elturan Fərəcovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, E.Fərəcovun apellyasiya şikayəti qismən təmin edilib. Belə ki, onun 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası 7 il 6 aya endirilib.

Qeyd edək ki, hadisə 2017-ci ilin iyul ayının 13-də gecə saatlarında Ələt-Astara magistralında baş verib. Rusiyaya gedən "Mercedes" markalı mikroavtobus "KamAZ" markalı qoşqulu yük maşınına çırpılıb. Qəza nəticəsində "Mercedes" markalı maşının sərnişinlərindən 4 nəfəri - 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu, 1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhüseyn oğlu, Rusiya vətəndaşı, 1947-ci il təvəllüdlü Xudaverdiyev Ramiz Ağahüseyn oğlu və 1951-ci il təvəllüdlü Abdullayev Azad İsməli oğlu dünyasını dəyişib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Fərəcov 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Son xəbərlər

Orphus sistemi