Doqquz Azərbaycan vətəndaşı Rusiyadan xaric edilib

Doqquz Azərbaycan vətəndaşı Rusiyadan xaric edilib Onlar federasiya ərazisində qanunsuz yaşayıblar
Hadisə
27 Sentyabr , 2017 07:59
Doqquz Azərbaycan vətəndaşı Rusiyadan xaric edilib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Cari ilin 7 ayı ərzində Rusiyanın Kemerov vilayətindən 9 Azərbaycan vətəndaşı xaric edilib.

"Report" xəbər verir ki, onlar federasiya ərazisində qanunsuz yaşadıqları üçün öz Vətənlərinə yola salınıblar.

Ümumilikdə göstərilən dövr ərzində Kemerovdan 131 əcnəbi, o cümlədən Özbəkistan, Tacikistan, Vyetnam, Nigeriya, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Ukrayna, Gürcüstan və Moldova vətəndaşları xaric edilib.

Son xəbərlər

Orphus sistemi