Doğuş zamanı baş verən ölümlə bağlı cinayət işi başlanılıb

Doğuş zamanı baş verən ölümlə bağlı cinayət işi başlanılıb Lənkəranda qadının doğuş zamanı ölməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Hadisə
4 Fevral , 2020 09:23
Doğuş zamanı baş verən ölümlə bağlı cinayət işi başlanılıb

Lənkəranda qadının doğuş zamanı ölməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

“Report”un xəbərinə görə, hadisə fevralın 3-də Lənkəran Regional Perinatal Mərkəzində qeydə alınıb.

Belə ki, Lənkəran rayon Girdəni kənd sakini, 1996-cı il təvəllüdlü Gülnar Babayeva doğuş üçün keçirilən qeysəriyyə kəsiyi əməliyyatı zamanı qız uşağı dünyaya gətirib. Bir neçə saat sonra ana xəstəxanada ölüb.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi