DMX rəisi: "Bu il Azərbaycana gələn əcnəbilərin sayında 10 faizdən çox artım olub"

DMX rəisi: "Bu il Azərbaycana gələn əcnəbilərin sayında 10 faizdən çox artım olub" Bakı. 19 iyul. REPORT.AZ/ Bu il Azərbaycana gələn əcnəbilərin sayında 10 faizdən çox artım olub.
Hadisə
19 İyul , 2018 11:36
DMX rəisi: Bu il Azərbaycana gələn əcnəbilərin sayında 10 faizdən çox artım olub
DMX rəis­i Vüsal Hüseynov / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 19 iyul. REPORT.AZ/ "Bu il Azərbaycana gələn əcnəbilərin sayında 10 faizdən çox artım olub".

"Report" xəbər verir­ ki, bunu Dövlət Miqr­asiya Xidmətinin (DMX) rəis­i Vüsal Hüseynov bu ilin ilk yarısının yekunları­na həsr olunmuş tədbi­rdə deyib.

O bildirib ki, bu ilin 6 ayı ərzində 1 324 075 halda 827 352 əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduğu qeydə alınıb: "Bu rəqəm 2017-ci ilin müvafiq dövründə 1 119 770 halda 747 107 nəfər olub".

Rəis qeyd edib ki, hesabat dövründə 347 767 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb: "Bu da ötən illə müqayisədə 10 faiz artım deməkdir".

V.Hüseynov deyib ki, hesabat dövründə daimi yaşamaq üçün icazəsi verilmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında da 25 faiz artım qeydə alınıb: "Bu rəqəm 1859 olub". 

Son xəbərlər

Orphus sistemi