Direktordan 25 min manat tələb etməkdə təqsirli bilinən müəllimlər şikayət verib

Direktordan 25 min manat tələb etməkdə təqsirli bilinən müəllimlər şikayət verib Bakı Apellyasiya Məhkəməsində məktəb direktorundan hədə-qorxu ilə 25 min manat tələb etməkdə təqsirli bilinən Rafiq Aslanov və Namiq Baxşalıyevin apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.
Hadisə
118
19 Dekabr , 2019 15:30
Direktordan 25 min manat tələb etməkdə təqsirli bilinən müəllimlər şikayət verib

Bakı Apellyasiya Məhkəməsində məktəb direktorundan hədə-qorxu ilə 25 min manat tələb etməkdə təqsirli bilinən Rafiq Aslanov və Namiq Baxşalıyevin apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

"Report" xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib. Mahiyyəti üzrə baxış iclası dekabrın 24-nə təyin edilib.

Qeyd edək ki, hər iki şəxs Binəqədi rayon ərazisində fəaliyyət göstərən Ağdam rayon 1 saylı Uşaq Musiqi Məktəbində müəllim işləyiblər. İtithama görə, məktəbin direktoru Yeganə Əliyevadan hədə-qorxu ilə 25 min manat pul tələb ediblər. Direktorun şikayəti əsasında 1988-ci il təvəllüdlü Rafiq Aslanov və 1987-ci il təvəllüdlü Namiq Baxşəliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Təqsirləndirilən şəxslər məhkəmədəki ifadələrində bildiriblər ki, direktor onların maaşından pul tutub və digər qanunsuz əməllərə yol verib.

“Bizim məktəbə yoxlama gələndə adamlar qan ağlayırdı, müəllimlərin 2-3 aylıq maaşından kəsilirdi. Mənim də maaşımdan tutulurdu. Axırıncı dəfə məndən 405 manatlıq maaşımı tam istədi, vermədim, etiraz elədim. Bundan sonra konflikt dərinləşdi. Mən Yeganə Vəliyevanın bu əməlləri barədə çox yerə şikayət etmişdim. Amma tədbir görmədilər. Əvəzində o, məni şərləyib həbs etdirdi", - R.Aslanov bildirib.

30 ildir ki, musiqi məktəbinə rəhbərlik etdiyini deyən Yeganə Vəliyeva isə Rafiq Aslanovun dediklərini təkzib edib.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsilə təqsirli bilinən Namiq Baxşəliyevə 6 il, Rafiq Aslanova isə 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. 

Son xəbərlər

Orphus sistemi