"Diqlas"dakı yanğında zərərçəkən sahibkarlar prokurorluqda dindirilir

"Diqlas"dakı yanğında zərərçəkən sahibkarlar prokurorluqda dindirilir Diqlas ticarət mərkəzində yanğın nəticəsində zərərçəkən sahibkarlar Nizami rayon prokurorluğunda dindirilir.
Hadisə
28 Mart , 2019 18:04
Diqlasdakı yanğında zərərçəkən sahibkarlar prokurorluqda dindirilir

"Diqlas" ticarət mərkəzində yanğın nəticəsində zərərçəkən sahibkarlar Nizami rayon prokurorluğunda dindirilir.

"Report"un xəbərinə görə, dindirmə zamanı onların anket məlumatları dəqiqləşdirilib, dəymiş ziyanla bağlı suallar verilib.

Sahibkarların verdiyi məlumata görə, dindirilmə bir neçə gün davam edəcək.

Xatırladaq ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” ticarət mərkəzində yanğın olub. Ticarət mərkəzi tamamilə yararsız hala düşüb.

Son xəbərlər

Orphus sistemi