DİN: "Xaçmazda anasını balta ilə qətlə yetirən şəxsin axtarışı davam etdirilir"

DİN: "Xaçmazda anasını balta ilə qətlə yetirən şəxsin axtarışı davam etdirilir" Xaçmazda anasını balta ilə qətlə yetirən şəxsin axtarışı davam etdirilir.
Hadisə
19 Yanvar , 2022 13:00
DİN: Xaçmazda anasını balta ilə qətlə yetirən şəxsin axtarışı davam etdirilir

Xaçmazda anasını balta ilə qətlə yetirən Ramiz Sultanovun axtarışı davam etdirilir.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, yanvarın 13-ü Xaçmaz rayonunun Əzizli kənd sakini Ramiz Sultanov anasını qətlə yetirərək hadisə yerini tərk edib. Həmin şəxsin saxlanılması üçün polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.

"Ramiz Sultanov ruhi xəstədir. Həmin şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur. Məlumat verən şəxsin anonimliyi təmin olunacaq", - məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi