Tovuzdan ARB telekanalına gedən şəxs tapılıb - FOTO - YENİLƏNİB

Tovuzdan ARB telekanalına gedən şəxs tapılıb - FOTO - YENİLƏNİB Tovuzda itkin düşən şəxs axtarılır.
Hadisə
23 May , 2022 18:44
Tovuzdan ARB telekanalına gedən şəxs tapılıb - FOTO - YENİLƏNİB

Tovuzdan ARB televiziyasına gedərək itkin düşən qadın tapılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov deyib.

O bildirib ki, polis əmədaşlarının keçirdikləri müvafiq axtarış tədbirləri nəticəsində Tovuz rayonunun Hunanlar kənd sakini Firuzə Yusifovanın yeri Bakı şəhərində müəyyən edilib: "O, gün ərzində ailəsinə təhvil veriləcək".

09:42

Tovuzdan ARB telekanalına gedən şəxs itkin düşüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Hunanlar kənd sakini, 1940-cı il təvəllüdlü Firuzə Yusifova may ayının 16-da yaşadığı evdən çıxaraq Bakı şəhərində yerləşən “ARB” telekanalına gedib və bir daha geri qayıtmayıb.

"Sonuncu dəfə həmin telekanalın inzibati binasının yaxınlığında görülən şəxsin əlamətləri belədir: Boyu 160 sm, saçları ağ rəngdədir, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli don və ağ rəngli köynək olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.

Firuzə Yusifova
Firuzə Yusifova

Son xəbərlər

Orphus sistemi