DİN-dən Tərtər Polis Şöbəsinin həyətinə düşən mərmi ilə bağlı açıqlama

DİN-dən Tərtər Polis Şöbəsinin həyətinə düşən mərmi ilə bağlı açıqlama Cəbhə bölgəsindən verilən məlumata görə, düşmən tərəfindən atılan mərmilərdən biri Tərtər rayon Polis Şöbəsinin inzibati binasının həyətinə düşüb.
Hadisə
29 Sentyabr , 2020 02:13
DİN-dən Tərtər Polis Şöbəsinin həyətinə düşən mərmi ilə bağlı açıqlama

Cəbhə bölgəsindən verilən məlumata görə, düşmən tərəfindən atılan mərmilərdən biri Tərtər rayon Polis Şöbəsinin inzibati binasının həyətinə düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Report”a bildirilib ki, bu zaman dağıntı və insan tələfatı olmayıb.

“Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, hərbi qüvvələrimizlə bacara bilməyən düşmən yaşayış məntəqələrimizi və mülki obyektləri hədəf seçir. Bu gün saat 12 radələrində düşmən tərəfindən atılan mərmilərdən biri Tərtər Rayon Polis Şöbəsinin inzibati binasının həyətinə düşüb. Zərbə o qədər güclü olub ki, mərminin qəlpələri inzibati binanın dəhlizlərinə qədər daxil olub. Xoşbəxtlikdən insan tələfatı, xəsarət alan olmasa da, binaya ciddi maddi ziyan dəyib.

Bu, bir daha onu göstərir ki, döyüş meydanında ağır zərbələr alan düşmən cəbhədən xeyli aralıda olan yaşayış məntəqələrimizi, orada yaşayan mülki əhalini hədəf seçməkdə davam edir”, - deyə nazirlikdə qeyd edilib.

  

Son xəbərlər

Orphus sistemi