DİN: "Qeyri-qanuni qum-çınqıl daşınmasına görə 33 fakt aşkarlanıb"

DİN: "Qeyri-qanuni qum-çınqıl daşınmasına görə 33 fakt aşkarlanıb" Bu ilin əvvəlindən polis əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşının alınması istiqamətində keçirilən reydlər zamanı 33 fakt aşkar edilib.
Hadisə
169
12 Noyabr , 2021 17:20
DİN: Qeyri-qanuni qum-çınqıl daşınmasına görə 33 fakt aşkarlanıb

Bu ilin əvvəlindən polis əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşının alınması istiqamətində keçirilən reydlər zamanı 33 fakt aşkar edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, cəmiyyətdə vətəndaşların haqlı narazılığı ilə qarşılanan əsas hüquqpozmalardan biri olan yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınması və aşkarlanması istiqamətində polis əməkdaşları tərəfindən nəzarət tədbirləri daha da gücləndirilib.

Bu istiqamətdə paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində mütəmadi olaraq reydlər təşkil edilir. Sonuncu belə reyd Sabunçu rayonunda baş tutub.

Tədbir zamanı Rayon Polis İdarəsi və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən şəxslər müəyyən ediliblər. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 243-cü (Yerin təkindən istifadə qaydalarının pozulması) maddəsi ilə protokollar tərtib edilib.

Qum-çınqıl satışı ilə məşğul olan şəxslərlə profilaktik söhbətlər aparılıb, bu fəaliyyətlə məşğul olmaq üçün aidiyyatı dövlət orqanlarından lisenziya almağın vacib olduğu onların diqqətinə çatdırılıb.

Qeyd edək ki, bu ilin əvvəlindən daxili işlər orqanları tərəfindən yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşının alınması istiqamətində keçirilən reydlər zamanı 33 fakt aşkar edilib. Bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslər barədə qanunauyğun tədbir görülüb.

"Bir daha xəbərdarlıq edərək bildiririk ki, polis əməkdaşları tərəfindən paytaxt və bölgələrdə yerin təkindən qanunsuz istifadə və qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınması istiqamətində bundan sonra tədbirlər davam etdiriləcək", - Mətbuat Xidmətindən bildirilib.

Son xəbərlər

Orphus sistemi