DİN Qəbələdəki ağır yol qəzası ilə bağlı məlumat yaydı

DİN Qəbələdəki ağır yol qəzası ilə bağlı məlumat yaydı Daxili İşlər Nazirliyi (DİN) Qəbələ rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb
Hadisə
6 May , 2021 13:04
DİN Qəbələdəki ağır yol qəzası ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Qəbələ rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən "Report"a bildirilib ki, mayın 5-də saat 16 radələrində Qəbələ rayonunun Savalan kəndi ərazisində Bum qəsəbə sakini T.Eyyubovun idarə etdiyi “Mercedes” və Göyçay rayon sakini Nəsib Yusifovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.Nəticədə N.Yusifov hadisə yerində, sərnişinlərindən Vilayət Yusifova, Dəniz Məmmədova xəstəxanada ölüb, digər 3 sərnişini, habelə T.Eyyubov və sərnişini xəstəxanaya yerləşdiriliblər.

Qəbələ Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi