DİN nümayəndəsi: "2021-ci ildə qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 34 602 nəfər olub, real say daha çoxdur"

DİN nümayəndəsi: "2021-ci ildə qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 34 602 nəfər olub, real say daha çoxdur" "Bu gün ölkədə narkotik istifadəçilərinin sayı rəsmi qeydiyyatda olanlardan çoxdur. Narkotikə meyilli şəxslərin sayı, vaxtında aşkarlanması, əhalinin maarifləndirilməsi proritet məsələlərdəndir".
Hadisə
6 İyul , 2022 11:53
DİN nümayəndəsi: 2021-ci ildə qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 34 602 nəfər olub, real say daha çoxdur
İslam Hümbətov

"Bu gün ölkədə narkotik istifadəçilərinin sayı rəsmi qeydiyyatda olanlardan çoxdur. Narkotikə meyilli şəxslərin sayı, vaxtında aşkarlanması, əhalinin maarifləndirilməsi proritet məsələlərdəndir".

"Report" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov deyib.

O bildirib ki, Azərbaycanda 2021-ci ildə qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 34 602 nəfər olub:

"Amma narkotik istifadəçilərinin real sayı daha çoxdur. DİN tərəfindən aparılan tədbirlər nəticəsində son 2 il 6 ay ərzində ölkədə narkotik vasitələrlə mübarizə sahəsində 19 mindən çox cinayət faktı aşkarlanıb. 7 tondan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb. Narkotik vasitələri satanlar əsasən xarici ölkələrdən istifadə olunan profillər vasitəsilə işini həyata keçirir və gəncləri, qadınları cəlb edir. Narkomaniya ailədaxili münaqişələrin sayının artmasına da təsir edir".

Son xəbərlər

Orphus sistemi