DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib

DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Daxili İşlər Nazirliyi tərəfindən qanunsuz dövriy
Hadisə
16 Aprel , 2024 16:10
DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib

Daxili İşlər Nazirliyi (DİN) müsadirə edilmiş 2 ton narkotiki məhv edib.

Bu barədə “Report”a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə DİN tərəfindən qanunsuz dövriyyədən çıxarılan və 1692 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 1 ton 925 kiloqram müxtəlif narkotik vasitə “Bakı Neft Maşınqayırma zavodu” MMC-nin ərazisində məhv edilib.

Son xəbərlər

Orphus sistemi