Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub, araşdırma başlanılıb

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub, araşdırma başlanılıb Daxili İşlər Nazirliyi müğənni Kərimin restoranların birində döyülməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.
Hadisə
September 11, 2024 07:26
Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub, araşdırma başlanılıb

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub.

"Report" xəbər verir ki, hadisə ötən gün Nizami rayonu ərazisində yerləşən şadlıq saraylarından birində baş verib.

Müğənni Kərim Abbasov fonoqram ifa etdiyi üçün məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı "Report"a bildirib ki, sentyabrın 10-da axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq saraylarından birində baş vermiş insidentlə bağlı qarşılıqlı şikayətlər əsasında ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb:

"Tərəflərin ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub".

Araşdırma davam etdirilir.

Son xəbərlər

Orphus sistemi