DİN məktəb məzunlarına və valideynlərə müraciət etdi

Hadisə
  • 14 iyun, 2021
  • 08:41
DİN məktəb məzunlarına və valideynlərə müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) məktəb məzunlarına və valideynlərə müraciət edib.

DİN-in Mətbuat xidmətindən "Report"a daxil olan müraciətdə deyilir:

"Hörmətli valideynlər!

Avtomobilinizi sürücülük hüququ olmayan yeniyetmələrə verməyin. Belə hallar aşkar olunduqda siz məsuliyyətə cəlb ediləcəksiniz.

Hörmətli məzunlar!

Özünüzü kiçik səhvlərə qurban verməyin. Valideynləriniz və cəmiyyətimiz sizdən böyük uğurlar gözləyir".