DİN kiberdələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib 

DİN kiberdələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib  Daxili İşlər Nazirliyi (DİN) kiberdələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib.
Hadisə
29 Noyabr , 2023 11:41
DİN kiberdələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib 

Daxili İşlər Nazirliyi (DİN) kiberdələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib.

“Report” xəbər verir ki, məlumatda kart məlumatlarının məxfi saxlanılmasının zəruri olduğu bildirilib.

Eyni zamanda vətəndaşlardan özlərini dələduzlardan qoruması istənilib: "Heç bir halda bank məlumatlarınızı digər şəxslərə təqdim etməyin. Kartdan-karta pul köçürərkən kartın üzərindəki 16 rəqəmli nömrədən başqa məlumatları göndərməyin. Bank kartında şəxsi məlumatları qorumaq vətəndaşın öhdəliyidir. Kiberdələduzların qurbanına çevirilməmək üçün tanımadığınız şəxslərdən gələn mesajları və bildiriçləri açmayın. DİN vətəndaşları ayıq-sayıq olmağa, bu kimi detalları diqqətdə saxlamağa çağırır”.

Son xəbərlər

Orphus sistemi