DİN İsmayıllı sakininin iddialarına münasibət bildirib

DİN İsmayıllı sakininin iddialarına münasibət bildirib Daxili İşlər Nazirliyi (DİN) İsmayıllı rayon sakininin sosial şəbəkələrdə barəsində polis əməkdaşları tərəfindən cinayət işinin açılması ilə bağlı səsləndirdiyi iddialara münasibət bildirib.
Hadisə
266
27 İyul , 2021 15:19
DİN İsmayıllı sakininin iddialarına münasibət bildirib
0 : 00
0 : 00

Daxili İşlər Nazirliyi (DİN) İsmayıllı rayon sakininin sosial şəbəkələrdə barəsində polis əməkdaşları tərəfindən cinayət işinin açılması ilə bağlı səsləndirdiyi iddialara münasibət bildirib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov “Report”a bildirib ki, rayonun Kürdmaşı kənd sakini Rasim Əhmədov barəsində İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılmayıb və yaxud hər hansısa bir araşdırma aparılmır:

“Səsləndirdiyi iddialara gəlincə isə həmin şəxsə ailə vəziyyəti ilə əlaqədar kənd icra nümayəndəliyi, eləcə də digər aidiyyəti qurumlar tərəfindən dəfələrlə yardım olunub və bir neçə dəfə də işlə təmin olunub. Lakin o, müxtəlif bəhanələr gətirərək işdən kənarlaşıb”.

Son xəbərlər

Orphus sistemi