DİN: "Ev şəraitində müalicə olunan şəxslərin ətrafında nəzarət profilaktik tədbirlər gücləndirilib"

DİN: "Ev şəraitində müalicə olunan şəxslərin ətrafında nəzarət profilaktik tədbirlər gücləndirilib" Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması və onun törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Hadisə
21 Sentyabr , 2021 11:15
DİN: Ev şəraitində müalicə olunan şəxslərin ətrafında nəzarət profilaktik tədbirlər gücləndirilib

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması və onun törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a bildirib ki, nəzarət məqsədilə koronavirus infeksiyasına yoluxan və ev şəraitində müalicə olunan şəxslər və onların ailə üzvləri ətrafında nəzarət profilaktik tədbirlər gücləndirilib.

Ev şəraitində müalicə olunan şəxslərin ictimai yerlərdə - ictimai nəqliyyatda, metroda, avtobusda, mağazada, parklarda və digər ünvanlarda hərəkətini məhdudlaşdırmaq üçün əlavə olaraq, maarifləndirmə işinin təşkilinə xüsusi diqqət göstərilir.

Respublika ərzində polisin naryad qrupları tərəfindən ev şəraitində müalicə olunan şəxslər müxtəlif metod və üsullarla 24 saat diqqət mərkəzində saxlanılır.

Son xəbərlər

Orphus sistemi